Qlobal birjalarda Bitcoin ilə fyüçers əməliyyatlarına başlanmasına bir neçə gün qalarkən, virtual valyutanın qiyməti 11 min 543 dollara qədər qalxıb. Bitcoin-in bahalaşması yeni alıcıları özünə cəlb edir. İqtisadçılar isə "köpük" xəbərdarlıqlarında davam edirlər.
FED.az xəbər verir ki, bu açıqlama, Morgan Stanley-in keçmiş baş iqtisadçısı Stefan Roach tərəfindən verilib:
"Bu investorlar üçün zəhərli, toksit bir konsepsiyadır. Bitcoin təhlükəli spekulyativ "köpükdür". Qiymətin şaquli hərəkət etdiyi bir yerdə heç vaxt təhlükəsizlik görməmişəm. Bitcoin bu günə qədər karyeramda gördüyüm ən şaquli modeldir".
Son məlumatlara görə, dünya üzrə yalnız 49 ölkənin milli gəliri, Bitcoin-in bazar dəyərindən daha çoxdur.
Bitcoin zəhərli bir "köpük"dür
14:15
5 Dek 2017