Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi azalıb.
FED.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda yanvar-fevral aylarında 107,7 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz azalıb. İki ayda sənaye məhsulunun 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 14 faiz artaraq 37 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,6 faizi bu sektorda istehsal olunub.