Dünyanın kriptovalyuta bazarında qiymətlər yenidən sürətlə aşağı düşüb.
"Goldman Sachs" bitkoin ticarətinin həcmini - Artıracaq
FED.az xəbər verir ki, bitkoin sutka ərzində 11% ucuzlaşaraq 30 min dollara enib. Bununla da Bitkoinin həftəlik enişi 14%-i keçib.
Ümumilikdə bitkoin maksimum qiymət nümayiş etdirdiyi (64 6622 dollar) aprelin 14-dən indiyədək dəfədən çox ucuzlaşıb.
Gün ərzində qiymətlər bir qədər sabitləşib və Bakı vaxtilə 14-30-a bitkoinin qiyməti 31 165 dollardır.
Bitkoinlə yanaşı digər koinlər də sürətlə dəyər itirməkdə davamm edirlər. Belə ki, Ethereum son sutka ərzində 7%, son bir həftədə isə 22% ucuzlaşaraq 1700 dollardan aşağı həddə düşüb.
Ethereum da mayın 12-də rekord qiymətdən (4 330 dollar) indiyədək 2,5 dəfə ucuzlaşıb.
Bakı vaxtilə 14-30-a Ethereumun qiyməti 1762 dollardır.
«Binance Coin» gün ərzində 6%, həftə ərxində 20% ucuzlaşaraq 270 dollara enib.
Mayın 12-də isə Binance Coin 678 dollara qədər yüksəlmişdi – indiyədək 2,5 dəfə ucuzlaşıb. Bakı vaxtilə 14-30-a Binance Coin-in qiyməti 273 dollardır.
Dogecoin sutka ərzində 5%, həftə ərzində isə 18,4% ucuzlaşaraq 23.8 sentə enib. Mayın 8-də isə Dogecoin 71 sent idi – indiyədək 3 qat ucuzlaşıb.
«Ripple» isə sutka ərzində 7%, həftədə isə 25% ucuzlaşaraq 60 sent ətrafında sabitləşib. Halbuki aprelin 14-də «Ripple»nin qiyməti 1,91 dollar idi – indiyədək 3,2 dəfə dəyər itirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.