Amerika Mərkəzi Bank (FED) sədrinin yumşaq monetar siyasətin, aşağı faizlərin və inflyasiyanın hədəfə çatmasının üç il davam edəcəyini bildirməsi, birjalarda risk iştahının artmasına səbəb olub. Amerikada inflyasiyanın artması, faizlərin də artması ehtimallarının güclənməsinə səbəb olurdu ki, iqtisadi inkişaf proqnozları zəifləyirdi. Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində bahalaşma davam edir.
USD/JPY və USD/TRY məzənnələrində də korreksiya müşahidə edilir. Əlvan metallar bazarlarında da qızıl qiymətləri dəstək səviyyəsinin üzərində ticarət edilir.
Kriptovalyuta birjalarında bitkoin də dəstək görərək bahalaşmaqdadır və 54500$-ın da yenidən qırılması ehtimalları artıb.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.