2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 37 milyon 738 min dollar həcmində 609 min 648 ton sement ixrac edilib.
Azərbaycanda çay ixracı artıb - DETALLAR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 233 min dollar və ya 6,3% artıb, miqdar ifadəsilə isə 11 min 107 ton, başqa sözlə 1,8% azalıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan 35 milyon 505 min dollar dəyərində 620 min 755 ton sement ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti 10 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 9 qəpik idi. Bu da illik müqayisə ilə 1 qəpik və ya 8,2% azalma deməkdir.
Bu il ümumi ixracının 0,19%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,53%-i sementin payına düşüb.