2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 4 milyon 837 min dollar həcmində 541 ton çay ixrac edilib.
Nar ixracından gəlirlər 2 dəfə azaldı - RƏQƏMLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 233 min 110 dollar və ya 5,1%, miqdar ifadəsilə 36 ton, başqa sözlə 7,1% artıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan 4 milyon 604 min dollar dəyərində 505 ton çay ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 20 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 50 qəpik idi. Bu da illik müqayisə ilə 30 qəpik və ya 2% azalma deməkdir.
Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20%-i çayın payına düşüb.