Təxminən 17 milyard dollara başa gələn Çinin yeni hava limanı Daxing-in açılışı reallaşıb.
FED.az məlumat verir ki, Çinin Pekin şəhərində inşa edilən Daxing Aeroportu (PKX / ZBAD), prezident Si Tszinpinin qatıldığı mərasimlə istifadəyə verilib.
Eləcə də bax: Dünyanın ən böyük hava limanı sentyabrın sonlarında istismara veriləcək
İnşaatı 5 ilə tamamlanan və təxminən 16,8 milyard dollara başa gələn hava limanının açılışı Çin Xalq Respublikasının 70 illik yubileyinin qeyd olunduğu vaxta təsadüf edib.
Dizaynı İngilis əsilli İraq vətəndaşı, 2016-cı ildə vəfat etmiş memar Zaha Hadidə aid olan hava limanı ildə 72 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın unikal memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzinin layihəsi də Zaha Hadidə məxsusdur.
TED