Abu-Dabi Əmirliyi Misirdən 22 kvadrat kilometr torpaq almaq istəyir.
FED.az xəbər verir ki, Abu-Dabi Əmirliyi Misirdən Aralıq dənizi sahilindəki Ras əl-Həkmə bölgəsində 22 kvadrat kilometr ərazinin alınması ilə bağlı danışıqlar aparır.
Bloomberg-ə görə, əməliyyatın dəyəri 22 milyard dollar, yəni hər kvadrat kilometrə bir milyard dollar təşkil edəcək. Konsorsium satın alınan ərazidə kurort və biznes fəaliyyətini inkişaf etdirməyi planlaşdırır. Eyni zamanda, analitiklər BƏƏ-nin satın aldığı ərazidən hərbi baza kimi istifadə edə biləcəyini də istisna etmirlər.
Misir hökuməti “investisiya təklifini” öyrəndiyini bildirib.
Qahirə üçün belə əhəmiyyətli valyuta tapmaq imkanı son vaxtlar cəddi problemlərlə izləşən Misir üçün olduqca vacibdir.
Üstəlik yaxın vaxtlarda Misirin öz valyutasını devalvasiya edəcəyi gözlənilir – bu baş versə 2022-ci ilin əvvəlindən bəri dördüncü devalvasiya olacaq.