Sosial şəbəkələrdə Bakıdakı “Moskva” kinoteatrının sökülməsini əks etdirən fotolar yayılıb.
Eləcə də bax: İcra başçısı: “Qanunsuz tikilən ev sökülməli idi, mən də sökdürdüm” - VİDEO - FOTO
FED.az xəbər verir ki, Nəsimi rayonunda yerləşən kinoteatrla bağlı eyniadlı İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan həmin binanın dövlət yox, özəl mülkiyyətdə olduğu bildirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, sözügedən qeyri-yaşayış obyekti xüsusi mülkiyyətdir: “Həmin tikilinin söküntüsü ilə əlaqədar icazə alınmadığı üçün hazırda aidiyyəti orqanlar tərəfindən işlər dayandırılıb”.
Qeyd edək ki, kinoteatr 2006-cı ildən fəaliyyət göstərmir. (Qafqazinfo)