"YouTube" sosial platforması burada yerləşdirilən video kontentin monetizasiyası, yəni buradan qazanc əldə edilməsi qaydalarını dəyişib.
Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR
TƏCİLİ: Tik-Tok-dakı "Asan Kredit Bürosu" saxta səhifədir - KREDİT BÜROSUNDAN AÇIQLMA
FED.az xəbər verir ki, digər sosial şəbəkələrlə, o cümlədən Tik-Tok-la böyük rəqabətdə olan "YouTube" daha çox müəllif cəlb eləmək üçün qaydaları daha da asanlaşdırıb.
İyunun 10-dan qüvvəyə minən yeni qaydalara görə, pul qazanmaq hüququ verən abunəçi sayı i ndiyədək olan 1000 nəfərdən 500 nəfərə endirilib, yəni 2 dəfə azaldılıb.
Digər meyarlar da dəyişib, indiyədək monetizasiyaya başlamaq üçün son 3 ayda müəllifin adi videolarına 4 min saat, qısa (Shorts) videolara isə 10 milyon baxış baxış olmalı idi.
İndi isə adi videoların izlənmə tələbi 3000 saata, qısa videolarda isə 3 milyon baxışa endirilib.
Yeni qaydalar bütün dünyada eyni vaxtda tətbiq edilməyəcək – ilk növbədə ABŞ, Böyük Britaniya, Kanada, Tayvan və Cənubi Koreyada olacaq.
Qeyd edək ki, «Tik-Tok» kimi digər platformalar da monetizasiya xüsusiyyətlərinə daxil olmaq üçün tələbləri yumşaltmaqdadırlar.
Qeyd edək ki, "YouTube"da qazanılan pulun 45%-i şəbəkənin özünə çatır, müəllifə isə 55% qalır.