Azərbaycan Kredit Bürosu sosial şəbəkələrldə qurumun adından istifadə etməklə yayılan fırıldaq halı barədə məlumat yayıb.
Qurumdan FED.az-a daxi l olan məlumatda deyilir ki: «Son zamanlar “Tik-tok” sosial şəbəkəsində dələduzluq məqsədilə “Azərbaycan Kredit Bürosu”nun (AKB) loqosundan istifadə etməklə “@asankredit24saat” ünvanlı, “Asan Kredit Bürosu” adlı saxta səhifə yaradılaraq müəyyən ödəniş əsasında girovsuz və zaminsiz müxtəlif “kredit məhsulları” təklif olunmaqdadır.
Bildiririk ki, müvafiq səhifədə edilən paylaşımlar həqiqəti əks etdirməməklə yanaşı, AKB-yə hər hansı aidiyyəti yoxdur.
AKB tərəfindən artıq qeyd edilən səhifə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilmişdir.
Vətəndaşlarımızı heç bir əsası olmayan bu tip səhifələrə inanmamağa, həmçinin bu kimi hallara qarşı ayıq-sayıq olmağa çağırırıq.
Əlavə olaraq qeyd edək ki, AKB yalnız kredit tarixçәsi subyektinin kredit tarixçәsini tәşkil edәn mәlumatları toplayan, saxlayan, tәhlil edən vә kredit hesabatlarını verən, eyni zamanda qanunvericiliklə müəyyən olunmuş digər fəaliyyət növlərini həyata keçirən hüquqi şәxsdir.
Eyni zamanda, bildiririk ki, AKB-nin “Tik-tok” sosial şəbəkəsində hər hansı rəsmi səhifəsi mövcud deyildir».