"Nar" alternativ enerji sistemindən qidalanan ilk baza stansiyasını istifadəyə verib.
FED.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.
Eləcə də bax: “Nar” komandası “Breyn Rinq” yarışının - QALİBİ OLDU
Yeni baza stansiyası vasitəsilə kəsintisiz şəbəkə təcrübəsini, yəni enerji təminatının daimiliyini təmin etmək üçün hibrid günəş sistemindən istifadə olunur. Belə ki, sahədə quraşdırılan əlavə elektrik batareyaları günəş şüalarının azaldığı zaman, buludlu hava şəraitində, axşam və ya gecə saatlarında ehtiyat enerji rolunu oynayaraq fasiləsiz təchizatı qorumağa imkan verir.
Hazırda mobil operatorun 4G və 4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. “Nar” şəbəkəsi ölkə ərazisinin 97,7%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.