Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun dopinq yoxlanışının müsbət nəticə verməsidir.
Artıq medalın yeni sahibi də bəllidir. Bu, Qazaxıstan idmançısı Nurbaxıt Tengizbayevdir. Gümüş medalı əldə edən Tengizbayevin olimpiadada qazandığı bürünc medal isə onun 3-cü yer uğrunda görüşdə udduğu çinli Tszyan Şenə çatıb.