Fransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə “Fransa Open” çempionatında şəxsi oyunlar başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından FED.az-a verilən məlumata görə, 27 ölkədən 205 idmançının iştirak etdiyi çempionatda Azərbaycan tennisçisi finalda yaponiyalı idmançı ilə qarşılaşıb. Görüşdə qalib gələn tennisçimiz qızıl medal qazanıb.
Çempionat komanda yarışları ilə davam edir.
Tennisçimiz Fransada qızıl medal qazanıb
11:40
17 Fev 2017