Fransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə “Fransa Open” çempionatında komanda yarışları başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından FED.az-a verilən məlumata görə, qızlardan ibarət Azərbaycan komandası I yeri tutaraq çempionatın qalibi olub. Oğlanlardan ibarət komandamız isə II yerə layiq görülüb.
Qeyd edək ki, qızlar arasında şəxsi yarışlarda da Azərbaycan tennisçisi qızıl medal qazanmışdı.
Stolüstü tennisçilərimiz Fransa çempionatının qalibi oldu

12:50
20 Fev 2017