FED.az xəbər verir ki, Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, federasiyanın vitse-prezidenti Fazil Məmmədov öz çıxışında dövlətimizin fiziki-mənəvi sağlamlığının qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.
Çempionatda respublikanın şəhər və rayonlarından 60-a yaxın idmançı iştirak edib. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Qax, Gəncə, Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları iştirak etmişdir. 9 kişi və 7 qadın komandasının iştirak etdiyi komanda yarışlarının nəticələri:
Kişilər: I yer – Bakı 1
II yer - Bakı 3
III yer - Sumqayıt, Bakı – 2
Qadınlar: I yer – Sumqayıt 1
II yer – Bakı 1
III yer – Şəki, Sumqayıt 2
Şəxsi oyunlarda:
I yer – Cəfərov Ramil
II yer – Həşimli Xəyal
III yer – Ansari İbrahim, Allahverdiyev Vəzir
I yer – Eminova Bilurə
II yer – Qarayeva Nəzakət
III yer – İmanova Məryəm, Əhmədova Nəzrin
Sonda qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunub.


