Rusiyadan olduğu ehtimal edilən hakerlərin Dünya Anti-Dopinq Agentliyindən (WADA) daha bir neçə idmançının tibbi məlumatlarını oğurladığı aşkar olunub.
İdmançıların siyahısına Rio-da qızıl medal qazanan britaniyalı velosipedçi Bradley Wiggins və Tour de France-da üç dəfə çempion olan Chris Froome daxildir.
İdmançıların hər hansı yanlışlığa yol verdiyi haqda məlumat yoxdur.
WADA deyir ki, hakerlər global anti-dopinq sistemini pozmağa cəhd edib.
Məlumatlar özünü "Fancy Bears" (Sevimli Ayılar) adlandıran qrup tərəfindən, idmançıların tibbi ehtiyac səbəbindən qadağan olunan dərmanların istifadəsinə icazə verən "Müalicə məqsədli istisnalar" (TUEs) bölməsindən çıxarılıb.
Məlumatda deyilir ki, 2011-ci ildə keçirilən Tour de France və 2013-cü ildə keçirilən Giro d'Italia yarışları da daxil olmaqla, 2008 və 2013-cü il arasında müxtəlif səbəblərdən Wiggins-ə qadağan olunmuş maddə qəbul etməyə icazə verilib.
Sertifikatlara əsasən maddələrdən biri toz allergiyasına qarşı olub.
2014-cü ildə keçirilən Tour of Romandy yarışı da daxil olmaqla 2013-2014-cü illər arasında idmançı Froome hər hansı səbəbdən qadağan olunmuş maddə qəbul etməyə icazə alıb.
2014-cü ildə Fransa qəzeti, Le Journal de Dimanche yazıb ki, Froome soyuqdan əziyyət çəkdiyi üçün ona steroid əsaslı dərman qəbul etməyə icazə verilib. Beynəlxalq Velosiped İttifaqı həmin vaxt deyib ki, TUE bunu WADA qaydalarına əsasən edib.
Nə Froome, nə də Wiggins bu məlumatları şərh edib. Məlumatları sızdırılan digər britaniyalı idmançılar qolf oyunçusu Charley Hull, reqbi oyunçusu Heather Fisher və avarçəkən Sam Townsend-dir.
"WADA yaxşı başa düşür ki, bu günə qədər 29 idmançının şəxsi məlumatlarının cinayətkar hücuma məruz qalması hədəfə alınan digər idmançılar üçün də üzücü və Rio 2016 Olimpiya Oyunlarında iştirak edən bütün idmançılar üçün təhlükəyə səbəb olacaq",WADA-nın baş direktoru Olivier Niggli deyib.
Cənab Niggli deyib ki, hadisələrin məhz qurumun Rusiyalı idmançıları haqda verdiyi qərarla əlaqəli olması "heç bir şübhə doğurmur" və bu əməlləri dayandırmağa kömək etməsi üçün Rusiya hökumətinə müraciət edib. Rusiyalı rəsmilər isə məsələ ilə hər hansı əlaqələrinin olmadığını deyib.
Haker hücumuna məruz qalan sənədlərin 10-u ABŞ, 5 Böyük Britaniya və 5 Almaniya, o cümlədən hər birindən bir nəfər olmaqla Danimarka, Rusiya, Polşa, Çex Respublikası və Rumınyaya idmançılarına aiddir.
Bir müddət əvvəl isə çoxlu qızıl medal qazanan amerikalı gimnast Simone Biles-ın sənədləri yayılmışdı.
Rusiyanın bir neçə idmançısı dövlət tərəfindən dəstəklənən dopinq proqramına görə Rio oyunlarında iştirakına qadağan qoyulub.
bbc©