Madrid "Real"ının və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo özünü "çoxlu pulu olan homoseksual" adlandırıb.
Bu barədə İspaniyanın "Cope" nəşri məlumat yayıb.
Məlumata əsasən, şənbə günü keçirilən "Atletiko" - "Real" oyununda meydan sahiblərinin futbolçusu Koke K.Ronaldonu "gey" adlandırıb. Portuqaliyalı ulduz isə cavabında deyib: "Hə, mən geyəm, amma çoxlu pulum var. Sən isə alçaq adamsan".
Qeyd edək ki, Madrid derbisi K.Ronaldonun het-triki sayəsində "Real"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.