Banner

İdman

Ronaldo ötən il reklamdan 442 milyon funt-sterlinq qazanıb

Ronaldo ötən il reklamdan 442 milyon funt-sterlinq qazanıb | FED.az
12:15 18 Fev 2017

Portuqaliya milli komandası və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldo 2016-cı ildə 442 milyon funt-sterlinq qazanıb.

32 yaşlı hücumçu bu vəsaiti “Nike” brendinin reklamından əldə edib.

Ronaldo sosial şəbəkələrdəki rəsmi səhifələrində “Nike”ın adını 1703 dəfə hallandırıb. 2017-ci ildə portuqaliyalı futbolçunun bu xidmətinə görə 800 milyon funt-sterlinq qazanacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Kriştianu Ronaldo 2003-cü ildən “Nike” ilə əməkdaşlıq edir. O, ötən il sözügedən şirkətlə ömürlük müqavilə bağlayıb.

Digər xəbərlər

Banner