“Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldo İspaniya vergi orqanlarına 14,8 milyon avro ödəməyə qərar verib.
“Cope” radiosunun məlumatına görə, portuqaliyalı hücumçu həbs olunmamaq üçün belə bir addım atıb.
Bir müddət əvvəl İspaniya prokurorluğu K.Ronaldaya qarşı 2010-cu ildə yaratdığı ictimai təşkilat vasitəsilə 2011-2014-cü illərdə 14,8 milyon vergini gizlətməsinə dair ittiham irəli sürüb.
Bununla yanaşı, futbolçuya borclarını ödəmək və məhkəmə qərarını yumşaltmaq üçün 60 gün vaxt verilib. Əks halda onu həbs təhlükəsi gözləyir.
Qeyd edək ki, K.Ronaldonun dələduzluqla bağlı iyunun 31-də İspaniya məhkəməsində ifadə verəcəyi gözlənilir.