Banner

İdman

Ronaldo dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

Ronaldo dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb | FED.az
10:25 28 Dek 2016

İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu – "Globe Soccer Awards" mükafatına layiq görülüb.

Təqdimetmə mərasimi Dubay şəhərində baş tutub. "Real Madrid" ilin ən yaxşı klubu, 2016-cı ildə Avropa çempionu olan Portuqaliya futbol yığmasının baş məşqçisi Fernandu Santuş ən yaxşı məşqçi, ingilis Mark Klattenburq isə ən yaxşı hakim seçilib.

Bu mükafat 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası və Avropa Klubları Assosiasiyası tərəfindən təsis edilib.

Digər xəbərlər

Banner