Red Bull Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarını dəstəkləməyə dair saziş imzalayaraq Oyunların dördüncü rəsmi dəstəkçisi oldu.
FED.az xəbər verir ki, Red Bull şirkəti Oyunlar ərzində enerji içkilərinin təchizatçısı olmaqla yanaşı, istər Oyunlar zamanı, istərsə də Oyunlar ərəfəsində keçirilən tədbirlərdə öz məhsulunu bəzi məkanlarda təqdim edəcək. Daha sonra enerji içkiləri istehsal edən şirkət seçilmiş arenalarda tamaşaçılar üçün əyləncələr təşkil edəcək ki, buraya məşhur idmançılar və diceylərlə görüşlərin təşkili də daxildir. Bununla yanaşı, Red Bull, Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlərin təşkilini planlaşdırır.
İri miqyaslı layihələrin təşkili və onların təbliğatı sahəsində böyük təcrübəyə malik olan Red Bull, IV İslam Həmrəyliyi oyunlarına da öz töhvəsini verəcək.
Bakı 2017 Oyunları Əməliyyat Komitəsinin Maliyyə və Kommersiya departamentinin rəhbəri cənab Tom Varvikin şirkət haqqında söylədikləri: “Biz şadıq ki, bütün dünyada tanınmış brend olaraq hər kəsin sevimli içkisinə çevrilmiş Red Bull, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının da rəsmi dəstəkçisi olacaq. Şirkətin yerli komandasının göstərdiyi ruh yüksəkliyi həm Oyunlara qədər, həm də Oyunlar zamanı idmançı və tamaşaçılara yüksək enerji bəxş edəcək. Bu şirkət nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə tədbirlərin təşviqi və təşkil olunmasında təcrübəlidir. Əminəm ki, Red Bull-un oyunlara qatdığı enerji ilə Bakı 2017 Oyunları uğurla başa çatacaq”.
Red Bull-un Azərbaycanda ölkə üzrə meneceri Rafael Paşayev bu əməkdaşlığın önəmindən danışarkən qeyd edib ki, Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi olmaları ilə qürur duyur. Rafael Paşayev: “Əminik ki, ölkəmiz üçün böyük əhəmiyyəti olan bu möhtəşəm tədbir yüksək səviyyədə keçiriləcək. Biz Red Bull komandası olaraq Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının həm tamaşaçılara, həm də idmançılara maraqlı olması üçün əlimizdən gələni etməyə hazırıq”.
-SON-
Redaktorlara qeydlər:
Media akkreditasiyası:
IV İslam Həmrəyliyi Oyunları üçün media akkreditasiyasına müraciət üçün aşağıdakı linkə daxil olun:
https://www.baku2017.com/az/p/media-akkreditasiyasi
Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.
Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.
Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.
İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və tətbiq edəcək.
Red Bull İslamiadanın rəsmi dəstəkçisi oldu
10:45
15 Mart 2017