İdman

"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyununu keçirəcək

"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyununu keçirəcək | FED.az
10:45 29 Sen 2016

Bu gün Qarabağ və Qəbələ futbol klubları UEFA Avropa Liqasının qrup mərhələsində növbəti görüşlərini keçirəcəklər.

Qarabağ klubunun rəqibi J qrupunun favoriti sayılan İtaliyanın Fiorentina klubu olacaq. Qarabağ bu oyunu səfərdə keçirəcək.

Qarabağ qrup mərhələsinin ilk oyununu Çexiyanın Slovan Libereç klubuna qarşı Bakıda keçirmişdi. Həmin oyun 2-2 hesabı ilə yekunlaşmışdı.

Qəbələ klubu isə Bakıda Almaniyanın Mayns klubunu qəbul edəcək. Qəbələ qrup mərhələsinin ilk oyunda Belçika səfərinə yollanmışdı. Belçika səfərində Anderlextlə görüşdə Qəbələ 3-1 hesabı ilə məğlub olmuşdu.

Digər xəbərlər

Banner