UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxıb.
Roman Qriqorçukun yetirmələri səfərdə “Sent-Etyen”ə qonaq olublar. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi bu dəfə də yenilgidən qaça bilməyib.
Qrupdakı əvvəlki oyunlarda göstərdiyi yüksək məhsuldarlığı bu oyunda sərgiləyə bilməyən "qırmızı-qaralar" avtoqola üzülübülər.
İlk hissə qolsuz başa çatıb. İkinci hissədə hücumlarını artıran rəqib nəhayət 70-ci dəqiqədə istəyinə çatıb. Cərimə zərbəsindən ötürmə zamanı yaranan qarşıqlıqda Rikardinyo topu başı ilə öz qapısına vurub.
Oyunun sonlarına yaxın təzyiqi artıran təmsilçimiz bir neçə dəfə qol vurmağa cəhd etsə də, buna nail ola bilməyib.