Dünən (20 oktyabr) UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirildi.
Azərbaycan çempionu “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun yetirmələri Bakıda Yunanıstanın PAOK klubu ilə qarşılaşıblar. İlk hissədə hesab açılmayıb. İkinci hissədə, 56-cı dəqiqədə Dani "Qarabağ"ı irəli çıxarıb — 1:0. 87-ci dəqiqədə Rahid Əmirquliyev ikinci topu yunanların qapısından keçirib — 2:0.
sputnik.az©
"Qarabağ" Yunanıstanın PAOK klubuna qalib gəlib
09:34
21 Okt 2016