"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın "Kopenhagen" komandası ilə qarşılaşıb.
Oyun 1:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.
Ağdam təmsilçisinin heyətində Mahir Mədətov görüşün 25-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək