Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ildə idmançılar tərəfindən istifadəsi qadağan olunmuş maddələrin yenilənmiş siyahısını dərc edib.
Bu barədə təşkilatın saytında bildirilir.
WADA-nın İcraiyyə Komitəsinin sentyabrın 21-də Lozannada keçirilən iclasında qəbul olunmuş siyahı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
WADA rəhbəri Kreyq Ridi idmançılar, məşqçilər və tibb mütəxəssislərinin yenilənmiş siyahı ilə tanış olmağa və qadağan olunmuş preparatların istifadədən çıxartmağa üç ay vaxtları olduğunu bildirib.