Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkiyə Braziliyanı tərk etməyə icazə verib.
Fed.az xarici mətbuata istinadən xəbər verir ki, o, zaminə çıxmaq üçün 435 min avro ödəməlidir.
71 yaşlı Hikki “Rio-2016” Yay Olimpiya Oyunları zamanı həbs edilmişdi. Ona qarşı olimpiada biletlərinin qanunsuz satışına dair ittiham irəli sürülmüşdü. Keçən ay P.Hikkinin ürəyinin əməliyyat edilməsinin lazım olduğu məlum olub. Bu səbəbdən məhkəmə ona ölkəni tərk etmək icazəsi verib.