Banner

İdman

"Nike" hər il Ronaldoya 24 milyon verəcək - Ömürlük müqavilə

"Nike" hər il Ronaldoya 24 milyon verəcək - Ömürlük müqavilə | FED.az
17:00 14 Noy 2016

Portuqaliya yığmasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldo ömrünün axırınadək hər il "Nike" firmasından 24 milyon avro qazanacaq. Xarici mətbuatın yazdığına görə, hücumçu şirkətlə ömrünün sonunadək müqavilə imzalayıb.

31 yaşlı futbolçu bununla da "Nike" şirkəti ilə ömrünün sonunadək müqavilə imzalayan üçüncü futbolçu olub. İlk olaraq basketbolçu Maykl Cordan, ardınca daha bir basketbolçu Lebron Ceyms Amerika idman şirkəti ilə ömürlük müqaviləyə qol çəkib.

Ronaldo bu şirkətlə 2003-cü ildən əməkdaşlıq edir.

Digər xəbərlər

Banner