"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bu gün vəzifəsindən istefa verib.
Trend klubun saytına istinadən məlumat verir ki, istefa ərizəsi ilə "Neftçi” PFK-nın rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib.
"Neftçi” PFK E.Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edir, ona gələcək işlərində uğurlar arzulayır.