"İslam Həmrəyliyi Oyunlarının Açılış və Bağlanış Mərasimlərində dünya ulduzları çıxış etməyəcək".
FED.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov BP və Bakı 2017 İslam Həmrəyliyi Oyunları tərəfdaşlıq sazişinin imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Açılış Mərasimində olacaq şouda ulduzların çıxış etməsinə gərək yoxdur. Nazir Bağlanış Mərasimində yerli ulduzların çıxış etmə ehtimalının olduğunu qeyd edib.
Azad Rəhimov dünya ulduzu Ledi Qaqaya "Bakı 2015" I Avropa Oyunlarının Açılış Mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: "Həmin ulduzların müqavilələrində ödəniləcək məbləğ açıqlanmır. Dünya ulduzlarının qonorarları isə 30 min dollardan 1 milyon dollaradək dəyişir. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridir".
Qeyd edək ki, IV İslam Həmrəyliyi 12 - 22 mayda keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır