Bu il "Formula 1" oyunları ilə bağlı Azərbaycan yeni sifariş verməyəcək.
Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın bu oyunu keçirməsi üçün bütün lazımi avadanlıqları var: "Ötən ildən bəzi tikililər sökülməyib. Bu ona görədir ki, İslam Oyunları may ayının 22-də qurtarır, bir aydan sonra isə "Formula -1" başlayır. Oyunların təşkilində heç bir çətinlik görmürük. Bütün lazımi qurğular yerində olacaq. Bu il bu yarışın daha maraqlı olmasını gözləyirik. Ona görə ki, bütün pilotlar daha trasla tanışdırlar, yolları bilirlər. Oyunların birinci "Qran Pri"dən daha maraqlı keçəcəyinə inanırıq, daha çox qonaqların gələcəyini gözləyirik. Yeni "Formula-1"-i sevən Bakı azarkeşləri də bu yarışa qatılacaqlar".