İdman

Millimiz Türkiyə yığmasını məğlub edib

Millimiz Türkiyə yığmasını məğlub edib | FED.az
16:09 9 Sen 2016
AFFA-dan əldə edilən məlumata əsasən, çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası üçüncü oyununu keçirib.

Türkiyə yığması ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub. Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də başlayıb.

Növbəti oyun İspaniya-İsveçrə arasında keçiriləcək və Azərbaycanın Dünya Kubokuna çıxışı əldə etməsi üçün ispanların qələbəsi çox vacibdir. Bildirmək istərik ki, İsveçrənin hazırda 5, İspaniyanın 3, Türkiyənin isə 0 xalı vardır. İspaniya qalib gələrsə, onun xalları Azərbaycan yığmasının xallarına (6 xal) bərabər olacaq və şəxsi görüşlər baxımından məhz Azərbaycan millisinin Bahama vəsiqə alma şansı artacaqdır.

Əlavə olaraq bildirək ki, çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda ilk oyununu 7 sentyabr tarixində İspaniya yığmasına qarşı keçirilmiş və qarşılaşma 4:2 hesabı ilə başa çatmışdı. O zaman millinin heyətində İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov fərqlənmişdilər. Növbəti oyun isə sentyabrın 8-də İsveçrə yığmasına qarşı Bakı vaxtı ilə saat 16:00-da keçirilmiş və lakin millimiz 6:7 hesabı ilə məğlub olmuşdu. O zaman komandamızın heyətində Asif Zeynalov dubl etmişdi və hərəsi bir dəfə olmaqla Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov fərqlənmişdi.


Digər xəbərlər

Banner