Banner

İdman

Millimiz FIFA reytinqində irəliləyib

Millimiz FIFA reytinqində irəliləyib | FED.az
13:53 15 Sen 2016

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Yığmamız ötən ayla müqayisədə 3 pillə irəliləyib. Hazırda sıralamada 133-cü olan Azərbaycan yığmasının hesabında 253 reytinq balı var.

Dünya reytinqinə əvvəlki kimi Argentina başçılıq edir. Belçika ikinci pillədədir. Ötən ayla müqayisədə 1 pillə irəliləyən Almaniya üçüncü sıraya yüksəlib. İlk “10-luq”da həmçinin Kolumbiya, Braziliya, Çili, Portuqaliya, Fransa, Uruqvay və Uels yığmaları qərarlaşıb. İspaniya 11-ci, İngiltərə 12-ci, İtaliya isə 13-cü yeri tutur. Türkiyə dünya reytinqində 21-ci, Ukrayna 29-cu, Rusiya isə 38-cidir.

Digər xəbərlər

Banner