Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının dəstəkçiləri sırasına ölkəmizdə çox böyük uğurla fəaliyyət göstərən, süd və süd məhsullarının istehsalı sahəsində ön sıralarda gedən “Milla” şirkəti də qoşulub. Məlumat üçün bildirək ki, “Milla” şirkəti Bakı 2015 Avropa oyunlarının da ilk rəsmi dəstəkçisi olaraq, Əməliyyat Komitəsi ilə sıx əlaqələrini davam etdirmiş, bunula da Azərbaycanda keçirilən mühüm idman tədbirlərinə dəstək verməyə davam etmişdir.
FED.az xəbər verir ki, oyunların rəsmi dəstəkçisi olaraq, “Milla” IV İslam Həmrəyliyi Oyunları zamanı yarışlarının keçiriləcəyi bir çox məkanlarda azerkeşləri şirkət tərəfindən istehsal olunan süd məmulatları, xüsusən, dondurma ilə təmin edəcək. Bununla yanaşı, Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının ictimaiyyətdə geniş təbliği məqsədi ilə, “Milla” şirkətinin bir sıra məhsuallarının üzərində Bakı 2017 loqosu da yerləşdiriləcək.
“Milla” şirkətinin Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının dəstəkçisi olmasına münasibət bildirən Bakı 2017 Oyunlarının Əməliyyat Komitəsinin Maliyyə və Kommersiya üzrə direktoru Dave Berri əminliklə söyləyib ki, Bakı 2015 Avropa oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi oyunlarında da, “Milla” şirkəti ilə əməkdaşlıq yüksək səviyyədə həyata keçiriləcək.
Dave Berrin: “ “Milla” daim marketing fəaliyyəti ilə ön sıralarda gedən şirkətlərdən biri kimi tanınıb, şirkət paytaxt Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi məkanlarda, qəlyanaltı köşklərini və qida məhsulları üçün nəzərdə tutulan soyuducuları istehsal etdiyi məhsullarla təmin etməklə, əhalimizə fərqli seçim və dadlı təamlar təqdim etmiş olacaq. Müqaviləyə əsasən, həm idmançılar, həm də izləyicilər şirkətin xidmətindən yararlanacaq”.
Qeyd edək ki, “Milla” şirkəti 2011-ci ildən ölkəmizdə fəaliyyət göstərən “AZ Group Holdinq” ə daxil olan Azərbaycan Qida və Qablaşdırma şirkətinin brendi olaraq alıcılara yüksək keyfiyyətli süd və süd məhsullarını təklif edir.
AZ Group Holdinqin Prezident müşaviri İman Tabassomi əməkdaşlıqdan məmnunluğunu bildirib, oyunların ən yüksək səviyyədə keçməsi üçün lazım olan dəstəyi göstərəcəklərini diqqətə çatdırıb.
İman Tabassomi: “AZ Group Holdinq”in prezidenti Manuçer Ahadpurun adından bildirmək istərdim ki, may ayının 12-22 tarixlərində paytaxt Bakıda gerçəkləşəcək və 4000-ə yaxın idmançını öz ətrafına toplayacaq IV İslam Həmrəyliyi oyunlarının bir parçası olmaq, sevinc və qürurvericidr. İdmançıların qələbələrinə sevinmək, onların yanında olub, daim dəstək olmaq bizi birlikdə güclü və qalib edəcək. O anları birlikdə yaşamaq, tarixi məqamları birgə bölüşmək bizim üçün unudulmaz olacaq. Sülhün, ədalətin, qələbənin, dostluğun rəmzi olan idman qoy hər zaman bizi öz ətrafında birləşdirsin!”
Milla şirkətinin Baş Meneceri Filip Rayt Bakı 2017 Oyunlarına dəstəyin vacibliyini vurğulayaraq bildirib ki, oyunlar zamanı Azərbaycana dünyanın müxtəlif ölkələrindən təşrif buyuracaq qonaqlar və idmançılara rayonlarımızdan gətiriləcək və bir-birindən fərqlənən ləziz süd çeşidlərini təqdim etmək, “Milla” şirkəti üçün qürurverici olacaq. Filip Rayt: “Daim qələbə uğrunda mübarizə aparan idmançıalara bənzəyən şirkətimizin də bir amalı var, öndə getmək, keyfiyyətin yüksəkliyi ilə hər bir alıcını məmnun etmək, nəticədə müştərilərimiz tərəfindən “qızıl medal” a layiq olmaq.