Bu gün klublararası dünya çempionatında final oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin “Real” klubu meydan sahibi “Kaşima” ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar.
Görüşdə "Real"ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.
Klublararası dünya çempionatı
Final
18 dekabr
“Real” – “Kaşima” – 4:2 (əlavə vaxt)
Qollar: Benzema, 9, Ronaldo, 58 (pen.), 98, 104 - Şibasaki, 44, 52