Banner

İdman

“Qızıl top”a namizədlərin adları açıqlanıb

“Qızıl top”a namizədlərin adları açıqlanıb | FED.az
11:16 25 Okt 2016
“France Football” nəşri dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

Namizədlər bunlardır:

Serxio Aquero (Argentina / “Mançester Siti”)

Pyerr-Emerik Obameyanq (Qabon / “Borussiya” Dortmund)

Qaret Beyl (Uels / “Real”)

Canluici Buffon (İtaliya / “Yuventus”)

Kriştianu Ronaldo (Portuqaliya / “Real”)

Kevin de Bruyne (Belçika / “Mançester Siti”)

Paulo Dibala (Argentina / “Yuventus”)

Dieqo Qodin (Uruqvay / “Atletiko”)

Antuan Qrizmann (Fransa / “Atletiko”)

Qonzalo İquain (Argentina / “Yuventus”)

Zlatan İbrahimoviç (İsveç / “Mançester Yunayted”)

Andres İnyesta (İspaniya / “Barselona”)

Koke (İspaniya / “Atletiko”)

Toni Kroos (Almaniya / “Real”)

Robert Levandovski (Polşa / “Bavariya”)

Uqo Lloris (Fransa / “Tottenhem”)

Riyad Mahrez (Əlcəzair / “Lester”)

Lionel Messi (Argentina / “Barselona”)

Luka Modriç (Xorvatiya / “Real”)

Tomas Müller (Almaniya / “Bavariya)

Manuel Noyer (Almaniya / “Bavariya”)

Neymar (Braziliya / “Barselona”)

Dmitri Paye (Fransa / “Vest Hem”)

Pol Poqba (Fransa / “Mançester Yunayted”)

Pepe (Portuqaliya / “Real”)

Rui Patrisio (Portuqaliya / “Sportinq”)

Serxio Ramos (İspaniya / “Real”)

Luis Suares (Uruqvay / “Barselona”)

Ceymi Vardi (İngiltərə / “Lester”)

Arturo Vidal (Çili / “Bavariya”)

“Qızıl top”a bu il əsas namizəd “Real”la Çempionlar Liqası və Portuqaliya yığması ilə Avropa çempionluğunu qazanan 31 yaşlı Ronaldo sayılır.

Xatırladaq ki, ötən il bu mükafatın sahibi Argentina millisinin və “Barselona” komandasının ulduzu Lionel Messi olub.

Digər xəbərlər

Banner