İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilənin müddətini uzatdığını elan edib.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, klub bu barədə rəsmi saytında bildirib.
Qeyd olunur ki, tərəflər müqavilənin 2021-ci il iyunun 30-dək uzadılmasına razılıq verib.
Müqavilə yaxın günlərdə imzalanacaq. Hazırda L.Messinin klubla müqaviləsi 2018-ci ilin iyulunadək qüvvədədir.
Yeni müqaviləyə əsasən, Lionel Messinin transfer qiyməti 300 milyon avro təşkil edəcək.