Banner

İdman

Formula 1-ə bileti olanlara xüsusi endirimlər ediləcək SİYAHI

Formula 1-ə bileti olanlara xüsusi endirimlər ediləcək SİYAHI | FED.az
13:05 30 May 2017
Əksəriyyəti Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhəri Halqasının yaxınlığında yerləşən 50-yə yaxın şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışa bileti olan tamaşaçılara xidmətləri 20 %-dək endirimli qiymətlərlə təklif edəcək.

FED.az xəbər verir ki, bu, mayın 30-da Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi (TMMİD) arasında “Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi” layihəsi çərçivəsində əməkdaşlığa dair imzalanan anlaşma memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, layihəyə qoşulan şirkətlərlə TMMİD İctimai Birliyi arasında ikitərəfli müqavilə imzalanır və bu layihədə iştirak edən hər bir şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisinə bileti olan müştərilərinə xüsusi endirimli qiymətdə xidmət göstərməyi öz üzərinə götürür.

Layihənin keçirilməsində əsas məqsəd kiçik və orta sahibkarlar daxil olmaqla ümumilikdə yerli biznes üçün səmərəli maliyyə imkanları yaradaraq Azərbaycanda özəl sektorun inkişafına dəstək verməkdir.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai endirim kampaniyasının hamıya faydasının olacağını bildirib: “Sözsüz ki, bu endirim kampaniyası tamaşaçılarla yanaşı sahibkarlara da böyük fayda verəcək. Bakıda baş tutacaq möhtəşəm Formula 1 yarışını izləməyə gələn minlərlə tamaşaçı yarış həftəsonu ərzində məhz endirimlərin olduğu yerlərə üz tutacaqlar və bu da öz növbəsində həmin şirkətlərin daha çox gəlir qazanmasına imkan yaradacaq. Nəticədə bu yarışdan hamı qazanclı çıxacaq”.

TMMİD İctimai Birliyinin sədri Kəmalə Məmmədova layihənin uzunmüddətli olacağına inandığını qeyd edib: “Son illər ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə olunur. Vaxtilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tuturlar. Biz də yaranmış bu fürsətdən səmərəli istifadə edərək Bakıda bu yay keçiriləcək Formula 1 yarışı ərəfəsində ölkə turizminin inkişafına müəyyən dərəcədə dəstək göstərmək üçün bu layihəni irəli sürdük. Çox qısa müddət ərzində onlarla şirkət bu kampaniyaya qoşulmaq istədiklərini bildirdilər. İnanırıq ki, növbəti mərhələlərdə bu layihəyə maraq daha da artacaq və biz layihəni uzunmüddətli keçirməyə çalışacağıq.”

Layihə çərçivəsində keçirilən endirim kampaniyasına iyunun 1-də start verilir və bu kampaniya 15 iyul 2017-ci il tarixinədək davam edəcək. Əməliyyat şirkəti layihəyə qoşulan şirkətlərə obyektlərin girişində diqqəti cəlb edəcək yerə yapışdırmaq üçün kampaniyaya dair xüsusi endirim nişanları (stikerlər) verəcək.

Qeyd edək ki, indiyədək layihəyə ümumilikdə 46 şirkət qoşulub. Onlar arasında milli, Avropa, Asiya və türk mətbəxlərinə aid restoranlar, milli xüsusiyyətləri əks etdirən suvenirlərin, ev və ziynət əşyalarının satışa çıxarıldığı mağazalar, gözəllik salonları və SPA mərkəzləri, şərab evləri, klinikalar, hotellər və sair sahələr üzrə ixtisaslaşmış biznes obyektlərinə rast gəlmək mümkündür.

FED.az sizə layihəyə qoşulan şirkətlərin siyahısını təqdim edir:

Restaurant / Shop Offer Type / Cuisine Address
Green House Kitchen 10% per ticket holder accompanied by 3 people Azeri,European, Mediterranean Boulevard Hotel,Khagani Rustamov str. 4C, Baku, White city
White City Cafe 10% per ticket holder accompanied by 3 people Azeri,European, Mediterranean Boulevard Hotel,Khagani Rustamov str. 4C, Baku, White city
Boulevard Gourmet Shop/Lobby Cafe 10% per ticket holder accompanied by 3 people Azeri,European, Mediterranean Boulevard Hotel,Khagani Rustamov str. 4C, Baku, White city
Badam 10% discount upon purchase of whole cake per ticket holder ( unlimited offer usage ) Bakery, patisserie Rasul Rza 4E
Azerbaijan Kelaghai 10% per ticket holder ( unlimited offer ) Traditional accessories (scarves ) Park Bulvar Mall, Ground Floor, Neftchilar Ave, Baku
Maya Mexicana 10% per ticket holder ( unlimited offer ) Mexican Boulevard, National Flag square, Baku
Nar Sarab 10% per ticket holder ( unlimited offer ) Azeri, European 21 Namik Guliyev str, Bibi-Eybet
Sedef 10% per ticket holder ( unlimited offer ) Azeri Bulvar
Viva Shirniyat Evi 10% off per ticket holder ( unlimited ) Bakery, Patisserie 46 Rashid Behbudov str, Baku
Zel Home 20% off per ticket holder ( unlimited ) home accessories 28 Mall

Ganclik Mall

3 Samad Vurgun str
Chelebi 10% off per ticket holder ( unlimited ) Furniture & decor 151, Uzeyir Hajibeyov St, Baku, Azerbaijan
Resm 5% off per ticket holder jewellers with national accent design 46E 28 May str, Baku
Merci Baku 10% off per ticket holder ( unlimited ) European 16 Asef Zeynalli str, Old City, Baku
Cafe City Sahil 15% off per ticket holder ( unlimited ) on specially designed set menu for F1 Azeri, European 8 R Behbudov str, Baku
Mado Japanese 10% off per ticket holder ( unlimited ) Japanese 33/103A Inshaatchilar ave, Baku
Chocobon 5% off per ticket holder Chocolatier 35A R Behbudov str, Baku
Carousel Chocolatier 5-10% off per ticket holder ( unlimited offer ) Chocolatier 4 Yusif Mamedaliyev str, Baku
4 Oda 15% off per ticket holder ( unlimited ) Azeri 40 Boyuk Qala str, Baku
Spa Centre Cannan 15% off per ticket holder ( unlimited ) Beauty & Spa 42 Azerbaijan Ave, Baku

80 Vidadi str, Baku
Top Kimi 10% off ( meals included in the offer: dark side, black chick, doritos, mini burgers ) Organic fast food restaurant

American/ European
206 Dilara Aliyeva str, Baku
Savalan Wine boutique 5% off per ticket holder Wine store 22 Hesenoglu str, Baku
Circle 15% off per ticket holder ( unlimited ) Azeri, European 117 Mardanov Qardashlari str, Baku
Gate 25 10% off per ticket holder ( unlimited ) Azeri, European, Asian Demirchi Tower, 37 Khojaly Ave, Baku
Atlantis 15% off per ticket holder ( unlimited ) Azeri 20 Hesenbey Zardabi
Burc Qala 10% off per ticket holder ( unlimited ) Azeri 15 Kichik Qala str, Baku
Eleven 10% off per ticket holder ( unlimited ) European, Asian 1 Azadliq ave, Baku
Bursa Isqender 10% off per ticket holder ( unlimited ) Turkish, European 120B Samed Vurgun str, Baku
Solo Karaoke Club 10% off per ticket holder ( unlimited ) Karaoke, Bar 6 Bakikhanov str, Baku
Kepro Clinic 10-15% off ( depending on procedures ) Beauty, aesthetic clinic 13 Hesenoglu str , Baku
Pink 20% off per ticket holder ( unlimited ) Accessories 28 Mall

Ganclik Mall

Park Bulvar Mall

Fountain Square
Renaissance Palace Baku 15% off rack rates Hotel Tagi Shahbazi str, Baku
Monolit Plaza 10% off on hotel bookings & restaurant dining Hotel/restaurant 2A M. Mushfiq str, Sabail district, Baku
Bilgah Beach Hotel 20% off in Uzuk Restaurant

20% off SPA treatments

20% off SPA & Wellness Centre daily usage
Hotel Bilgah district, Azerbaijan
The Kitchen 15% off per ticket holder ( unlimited ) Sandwich & Salad Shop 11 A. Alizadeh str, Baku
Caspian Grill & Terrace 15% off per ticket holder ( During Lunch and Dinner on Ala carte) Azeri The Landmark Hotel Baku,90A, Nizami street
Snack & Salad 15% off per ticket holder (During Lunch and Dinner on Ala carte) Casual dining The Landmark Hotel Baku, 90A, Nizami street
SKY bar & lounge 15% off per ticket holder throughout the day ( normal menu ) Bar & Lounge The Landmark Hotel Baku, 90A, Nizami street
Bangkok Noi 15% off per ticket holder (During Lunch on Ala carte) Thai Street Food The Landmark Hotel Baku, 90A, Nizami street
Seto 15% off per ticket holder ( during lunch & dinner on a la carte menu) Japanese The Landmark Hotel Baku, 90A, Nizami street
SALÓ Ristorante Italiano 15% off per ticket holder (During Lunch on Ala carte menu) Italian The Landmark Hotel Baku, 90A, Nizami street
Dolce Pausa 15% off per ticket holder (throughout the day on regular menu ) Coffee shop / Bakery The Landmark Hotel Baku, 90A, Nizami street
Shin Shin 15% off per ticket holder ( during lunch & dinner on a la carte menu) Chinese The Landmark Hotel Baku, 90A, Nizami street
The Mill 15% off per ticket holder ( during lunch & dinner on a la carte menu) Restaurant & Lounge The Landmark Hotel Baku, 90A, Nizami street
Atelier Vivanda 10% off per ticket holder Steak House 153, Neftchilar Avenue, Baku



Digər xəbərlər

Banner