Banner

İdman

Formula 1 Azərbaycan Qran Prisinə alınan bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb

Formula 1 Azərbaycan Qran Prisinə alınan bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb | FED.az
12:04 2 İyun 2017
İyunun 1-dən etibarən şəhərin kassalarında Formula 1 Azərbaycan Qran Prisinə olan bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən FED.az-a verilən məlumata görə, bu proses iyunun 25-i yarış başlayanadək davam edəcək.

Məlumatda qeyd olunur ki, bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2017 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.
Kassalar Ünvan İş saatı
28 Mall Azadlıq pr. 45, 28 Mall TM 10:00 - 22:00
2 Saylı ASAN Xidmət (AMAY) ASAN, Alfred Nobel küç. 23, Xətai, 10:00 - 19:00
3 Saylı ASAN Xidmət (Fresco Market) ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal, 10:00 - 19:00
Gənclik Mall Fətəli Xan Xoyski 38, Bakı, 10:00 - 22:00
Heydər Əliyev Sarayı Bül-Bül pr.35., Bakı, 11:00 - 19:00
Kiosk 1 (Azərbaycan Kinoteatrı) Rəsulzadə və Əziz Əliyev küçələrinin kəsişməsində, Bakı, 12:00 - 21:00
Kiosk 2 (Kontinental) Nizami küç. 95, 11:00 - 19:00
Kiosk 3 (Hökümət Evi) Üzeyir Hacıbəyli küç. 69, 10:00-18:00
Park Bulvar Neftçilər pr. 92, Park Bulvar TM, 10:00 - 22:00

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

Digər xəbərlər

Banner