"Ferrari" komandası qarşıdakı "Formula 1" mövsümündə yararlanacağı yeni bolidin təqdimat mərasimi keçirilib. Avtomobilin seriyası SF70H-dır.
"Scuderia Ferrari"ni maşının əsas pilotları - almaniyalı Sebastyan Fettel və finlandiyalı Kimmi Raykonen, habelə, ehtiyat pilot Antonio Covinatsi təqdim edib.
Qeyd edək ki, yeni mövsümə martın 26-da Avstraliyanın Melburn şəhərində start veriləcək. 23 - 25 iyunda isə Bakıda Azərbaycan Qran Prisi keçiriləcək.