Banner

İdman

Federasiya prezidenti: Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması mümkün deyil

Federasiya prezidenti: Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması mümkün deyil | FED.az
11:14 30 İyun 2017

“Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sizdə olan məlumat səhvdi və bu keçid mümkün deyil”. FED.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib.

Qurum rəsmisi Olimpiya çempionu Toğrul Əsgərovun vətəndaşlığını dəyişməsi ilə bağlı yayılan səbəblərə münasibət bildirib. Onun sözlərinə görə, 25 yaşlı pəhləvanın xidmətində heç bir maraqları yoxdu: “Daxili yarış keçirirdik. Turnirin nüfuzunu qaldırmaq üçün bura bir neçə tanınmış simalar dəvət etmişdik. Onlar arasında Azərbaycan və İrandan olan tanınmış güləşçilər də vardı. Ölkənizdən Toğrul Əsgərovla Hacı Əliyevə dəvət göndərmişdik. Bunu qeyri-adi qarşılamaq olmaz. Bu güləşçilər Yay Olimpiya Oyunları ilə yanaşı, dünya və Avropa çempionatında öz sözlərini deyiblər. Əsgərov Olimpiadada 2 dəfə final güləşib, onlardan birində qızıl medal alıb. Əliyev isə Rio-2016-da mükafatçılar sırasına düşüb, dünya və Avropa çempionatının qalibi adını qazanıb”.

Azərbaycan və Türkmənistan Güləş Federasiyalarının sıx əlaqəsinin olduğunu vurğulayan Xanməmmədov pəhləvanlarımızı özbaşına dəvət etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı yerli federasiyadan rəsmi icazə alınıb.

Digər xəbərlər

Banner