"Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov biletlərin satışının statistikasını açıqlayıb.
FED.az xəbər verir ki, açıqlamaya görə IV İslam Həmrəyliyi Oyunlarına biletlərin satışına başlanıldığı tarixdən - martın 19-dan bu günədək 40 mindən çox bilet satılıb. Elçin Səfərovun sözlərinə görə, açılış mərasimi üçün 30 min, bağlanış üçün isə 60 min bilet artıq satışdadır: "Oyunlar da daxil olmaqla, ümumilikdə 500 minə yaxın biletin satışı planlaşdırılır".
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.
Elçin Səfərov: "Bu günədək 40 mindən çox bilet satılıb"
13:42
13 Aprel 2017