Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına 17 idmançı ilə yollanacaq.
Məşqçilər korpusu mundialda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyanxişiq (hər ikisi 52 kq), Səkinə Zayırova, İçinxorlu Munxtsedev (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (+78 kq) şans verəcək.
Yarışda 134 ölkənin 794 (482 kişi, 312 qadın) cüdoçusunun iştirakı gözlənilir.