FIA-nın Formula 1 üzrə yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq bu gün Bakıya səfər edərək 23-25 iyun tarixlərində baş tutacaq növbəti Formula 1 yarışı öncəsində Bakı Şəhər Halqasının (BŞH) yarışa hazırlığını yerində incələyib.
FED.az xəbər verir ki, Çarli Vaytinqin Bakıya səfərindən əvvəl 2017 Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar lazımi hazırlıqların böyük hissəsini tamamlayan əməliyyat şirkəti son hazırlıq işlərini intensiv şəkildə həyata keçirir.
Bu il keçiriləcək Azərbaycan Qran Prisindən iki həftə əvvəl ölkəyə səfər edən Çarli Vaytinq Bakı Şəhər Halqasını gəzərək trekin və onun ətrafında yerləşən qurğuların yarışın standartlarına uyğun olub-olmadığını yoxlayıb. Trekə keçirdiyi baxışdan sonra mətbuatın qarşısına çıxan Çarli Vaytinq Formula 1 təqvimindəki ən yeni trekin yarışa hazırlığının yüksək səviyyədə olduğunu bildirib: “Bakı Şəhər Halqası yarışa ötən ildəkindən daha yaxşı səviyyədə hazırlanıb. Yarışla əlaqədar hər şey çox gözəl təşkil olunub və deyə bilərəm ki, trek artıq yarışa tam hazırdır. Keçən il Bakıda baş tutmuş birinci Formula 1 yarışı bütün avtoidman aləmi üçün xoş bir sürpriz olmuşdu. Hamı kimi mən də növbəti yarışı səbrsizliklə gözləyirəm və inanıram ki, bu il də möhtəşəm yarışa şahid olacağıq.”
F1 pilotlarının 2017 Formula 1 Azərbaycan Qran Prisi haqqında olan düşüncələri ilə bu videoda tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?v=txi1rS07GBs&t=14s
Çarli Vaytinq: Bakı Şəhər Halqası yarışa tam hazırdır
18:44
6 İyun 2017