Bu gün Bakıda Formula 2 üzrə birinci yarış başlayıb.
Yarışda 10 komandanı təmsil edən 20 pilot iştirak edir.
Qeyd edək ki, ötən gün sıralama turunun nəticəsinə əsasən birinci sıranı “Prema Racing” pilotu Şarl Leklerk əldə edib. İkinci sıradan “ART Grand Prix” pilotu Nobuharu Matsusito, üçüncü sıradan “Dams” pilotu başlayacaq.
Hazırda Formula 2 dünya çempionatında Ş.Leklerk 81 xalla liderlik edir. Mühəndislər kubokunda isə 116 xalla “Russian Time” komandası öndədir.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.