Bu gün, Bakı 2017 İslam Həmrəyliyi Oyunları "BonAqua"nın Oyunların rəsmi su təminatçısı kimi seçildiyini elan edib. Məlumat üçün bildirək ki, Azərbaycanda istehsal olunan "BonAqua" - Coca-Cola şirkətinin brendidir.
FED.az xəbər verir ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov “BonAqua"nın Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi su təminatçısı kimi seçildiyindən məmnun olduğunu söyləyib. Elçin Səfərov: “Coca-Cola şirkətinin uzun illər boyunca beynəlxalq idman tədbirlərinə dəstək verməsi faktını nəzərə alsaq, IV İslam Həmrəyliyi oyunlarında da şirkətin su brendini seçməyimiz heç də təsadüfi deyil. Oyunların həyata keçməsində bütün rəsmi tərəfdaş və dəstəkçilərə böyük təşəkkürümüzü bildirir və birgə əməkdaşlıq sayəsində bütün İslam dünyasının diqqətini Oyunlara cəlb edə biləcəyimizdən əminəm".
“Coca-Cola” şirkəti alkoqolsuz içkilər üzrə dünyanın aparıcı istehsalçısı və distributorudur. 200-dən artıq ölkədə şirkətin içkiləri 1.9 milyarddan çox müştəri tərəfindən gündəlik olaraq istehlak edilir. Coca-Cola 1994-cü ildə Azərbaycanda alkoqolsuz içkilər zavodunu açmış və 2,200-dən çox vətəndaşın birbaşa və dolayı məşğulluğunu təmin etmişdir.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında İHİF-in dörd qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. İdmançılar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizədə yarışacaq.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlər Baku2017 veb-saytı www.baku2017.com vasitəsilə onlayn rejimdə və ya Bakıda yerləşən 12 satış məntəqəsində satışdadır.
"BonAqua" - İslamiadanın rəsmi su brendi olaraq seçilib
15:54
18 Aprel 2017