İspaniyanın "Barselona" klubu futbolçu Lionel Messi ilə müqavilənin uzadılmasına dair razılığa gəlib.
Argentinalı hücumçunu klubun təklif etdiyi ildə 40 milyon avro qane edib.
"Barsa"nı təklifi bu həddə yüksəltməyə rəqiblərinin Messiyə olan marağı vadar edib.
Qeyd edək ki, Lionel Messinin hazırkı anlaşması 2018-ci ilin yayınadək nəzərdə tutulub. Anlaşmada onun başqa kluba keçid haqqı isə 250 milyon avro göstərilib.