Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.
Şirkətdən FED.az-a verilən xəbərə görə, Zərifə Əliyeva küçəsinin Bül-Bül prospekti ilə Rəsul Rza küçəsi arasında qalan hissəsində aprelin 3-dən etibarən bir neçə gün ərzində yalnız gecə saatlarında (22:00-dan 06:00-dək) yolun kənarına baryerlər quraşdırılacaq.
Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.
Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.
Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib
15:58
3 Aprel 2017