İdman

Bakı 2017 futbol yarışlarına olan biletlər artıq bitib

Bakı 2017 futbol yarışlarına olan biletlər artıq bitib | FED.az
09:51 1 May 2017
Bu gün, Bakı 2017 İslam Həmrəyliyi Oyunları Azərbaycan komandasının Bakı 2017 futbol yarışlarındakı bütün qrup mübarizələrinə olan biletlərin satılıb qurtardığını elan edilib.

Məlumat üçün bildirək ki, Bakı 2017 IV İslam Həmrəyliyi oyunları zamanı beynəlxalq futbol yarışlarını izləmək istəyən azarkeşlər üçün, yarışın qrup mərhələsinin digər oyunlarına, daha dəqiq desək, Türkiyə, Kamerun, Əlcəzair və Səudiyyə Ərəbistanı görüşlərinə, habelə yarım final, bürünc medal və final matçlarına müəyyən sayda bilet qalıb.

8 May tarixindən start götürəcək futbol idman növünün qrup mərhələsinin yarışları Dalğa Arena, Azal Arena və Bayıl Arenada keçirilir. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlər Baku2017 veb-saytı – www.baku2017.com vasitəsilə onlayn rejimdə və ya Bakıda yerləşən 12 satış məntəqəsində, o cümlədən 28 Mall, Gənclik Mall və Park Bulvar ticarət mərkəzlərində satışdadır.

Ev sahibi olaraq, Azərbaycan komandasını dəstəkləmək və ona azarkeşlik etmək istəyindən irəli gələrək, məhz yerli idmançılarımızın qatıldıqları bütün idman yarışlarına bilet satışı yüksəkdir.

"Azərbaycan xalqının IV İslam Həmrəyliyi Oyunlarında öz doğma idmançılarına azarkeşlik etmək üçün bu cür böyük istək nümayiş etdirdiklərini görmək çox xoşdur" - deyə Bakı 2017-nin Bilet Satışı üzrə direktoru Miryam Boqatay bu elan haqqında fikrini bildirib: "Biletlərin satışı zamanı diqqət cəlb edən məqamlardan biri, idman sessiyaları zamanı uşaqlar üçün ayrılmış biletlərərə tələbatın yüksək olmasıdır ki, bu da ailələrin IV İslam Həmrəyliyi oyunlarına böyük maraq göstərməsi deməkdir".

Onun sözlərinə görə, açılış və bağlanış mərasimlərinə gəldikdə isə, Açılış Mərasimi üçün D kateqoriyası biletlərinin artıq satılıb qurtarması, insanların 12 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək bu mərasimə böyük maraq göstərdiklərini bir daha sübut edir. Çox məhdud sayda A, B və C kateqoriyalı biletlər hələ də satışdadır.

"Təcrübə göstəriri ki, açılış və bağlanış mərasimlərinə bilet satışına tələbat həmişə yüksək olub ki, bu halda Bakı 2017 də istisna təşkil etmir. Biz bu möhtəşəm tədbirlərin hər hansı birini izləmək istəyən hər kəsi tədbiri qaçırmamaq üçün biletlərini ən qısa zamanda əldə etməyə çağırırıq" -deyə, Miryam Boqatay əlavə edib.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında İHİF-in dörd qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. İdmançılar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizədə yarışacaq.

Digər xəbərlər

Banner